• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2177
— 05.12.2018 10:03

İlk çap edilmiş elektrik motosiklet təqdim olundu

Almaniyanın BigRep şirkəti üçölçülü printerdə çap edilən Nera adlı elektrik motosiklet prototipini təqdim edib. Şirkət nəzdində fəaliyyət göstərən Nowlab laboratoriyasının mütəxəssisləri tərəfindən layihələndirilən motosiklet 190 sm uzunluqda, 90 sm hündürlükdə və 55 santimetr enlikdədir. Elektronika istisna olmaqla motosiklet bütövlükdə 3D çap üsulu vasitəsilə istehsal olunub. Məsələn, xüsusi protektorlara malik şinlər, rombabənzər təkər diskləri, rama, oturacaqlar 3D printerdən çıxmadır. Bu, dünyada 3D printerdə çap edilən ilk elektrik motosiklet prototipi hesab edilir. Amma onun seriyalı istehsalı barədə məlumat verilmir.