• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 05.12.2018 10:01

Kia şirkəti Kia Soul EV adlı elektrokrossoveri təqdim etdi

Los Ancelesdə keçirilən avtomobil sərgisi zamanı Kia şirkəti özünün Kia Soul EV adlı elektrokrossoverini təqdim edib. Avtomobil 201 at gücündə elektrikli mühərrik və 64 kilovat saat batareya həcmi ilə təchiz olunub. Batareya həmçinin sürətli enerji yığma özəlliyini və maye soyuducu texnologiyasını dəstəkləyir. 4 çalışma rejimindən - Eco, Eco+, Comfort və Sport rejimindən asılı olaraq Kia Soul EV-in yol qət etmə göstəriciləri fərqlənir. Şirkətdən bu barədə dəqiq bir rəqəmlər açıqlanmasa da elektromobil bir dəfəyə 400 km-dən az yol getməyəcək. Bununla yanaşı Kia Soul EV bir sıra maraqlı və faydalı funksiyalara da sahibdir. Məsələn elektromobil sürücü üçün lazım olan məlumatları əks etdirən UVO sistemini, Android Auto və Apple CarPlay özəlliklərini dəstəkləyir. Beləliklə Kia Soul EV gələn ilin ilk yarım ilinin sonunda satışa çıxacaq. Qiymətdən söhbət getmir, amma güman ki, onun qiyməti satışa çıxmasına az qalmış bəlli olacaq.