• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 04.12.2018 18:15

Tovuzda evdən qızıl zinət əşyaları oğurlanıb

KepezTV Player

Tovuzda mənzil qarət olunub. Evdən xeyli miqdarda qızıl zinət əşyası oğurlanıb. Zərərçəkən polisə müraciət etsə də, cinayətin bağlı qalmasından narahatdır.

Tovuz rayonunun Düz Qırıqlı kənd sakini Sənubər İmamquliyevanın yaşadığı mənzildən oğurluq olub. Hadisədən əvvəl özünə və ailə üzvlərinə məxsus qızıl zinət əşyalarını otaqdakı yataq dəstinin altına qoyub. Bir neçə gün sonra qadın qızılları qoyduğu yerdə tapmayıb. Gözlərinə inanmayan zərərçəkən hadisə barədə Polisi məlumatlandırıb.  

Sənubər İmamquliyeva zərərçəkən: 5 üzükdür. İkisi mənə aiddir. Biri qalın digəri göy qaşlı komplekt üzüyüdür. Yoldaşımın kişi üzüyüdür. Qızımın bir sep bir bilərzik klonu bir də üzüyü olub. Birdə balcanın tross sepi və üzüyü oğluma aid klonu olub.

Zərərçəkən iddia edir ki oğurlanan qızıl zinət əşyalarının dəyəri bir xeyli yüksək olub. İndi ailə həm onlara mənəvi və maddi ziyan vuran şəxsin tapılmasında israrlıdır.

Sənubər İmamquliyeva zərərçəkən: Tələbim mənim qızıllarımdır. Mənim öz qızıllarım tapılsın. Ayrı başqa tələbim yoxdur. Heçkimlə düşmənçiliyimdə yoxdur.

Tovuz rayon polis şöbəsindəndə bildirildi ki zərərçəkənin müraciəti əsasında əməliyyat axtarış tədbiləri davam etdirilir. Hələlik iş üzrə saxlanılan yoxdur.

Natiq Hüseyn