• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 04.12.2018 15:47

Fərid Savadov Belçikada beynəlxalq turnirin mükafatçısı olub

KepezTV Player

Son vaxtlar qazandığı nəticələrlə adından tez-tez söz etdirən Gəncə karateçisi Fərid Savadov iki nüfuzlu yarışda medalçılar arasına düşüb. İdmançı qısa müddət ərzində əvvəlcə beynəlxalq turnirdə, daha sonra Azərbaycan birinciliyində fəxrü kürsüyə yüksəlib.

Belçikada keçirilən yarışda Fərid 14 yaşadək karateçilərin mübarizəsində 45 kq çəki dərəcəsində döyüşüb. Ümümdünya Karate Federasiyasının bayrağı altında reallaşan turnirdə əməkdar məşqçi Əziz Əzizovun yetirməsi bürünc medal qazanıb.

Həmyaşıdları arasında öz çəki dərəcəsində dünya reytinqində 1-ci olan karateçi beynəlxalq turnirdən qayıtdıqdan sonra Azərbaycan birinciliyində qüvvəsini sınayıb. Savadov yarışdan yeniyetmələr arasında yalnız finalda uduzaraq ikinci yeri tutub.

Fərid Savadovla yanaşı, Respublika yarışında Əziz Əzizovun daha iki yetirməsi mükafata sahib olub. Gənclərin mübarizəsində Elnur Aşurovla, böyüklər arasında Həsən Əliyev bürünc mükafatçı olub.

Azad Rəfi