• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 04.12.2018 15:27

Gəncədə Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan filmin təqdimatı keçirilib

KepezTV Player

Gəncədə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan Əsgərlər Unudulanda Ölür sənədli filmin təqdimatı keçirilib. “ARB Aran Media Şirkətinin” Aran Film” yaradıcılıq mərkəzi tərəfindən ərsəyə gətirilən sənədli film 1920-ci ildə rus bolşeviklərinin şimal istiqamətində hücumuna qarşı milli mübarizəyə həsr olunub. Azərbaycan milli ordusunun dövlət müstəqilliyimizin, suverenliyimizin müdafiəsi uğrunda Xaçmaz rayonunun Yalama ərazisində bolşeviklərin 11-ci qırmızı ordusuna qarşı şücayətlə döyüşərək həlak olan əsgərlərdən bəhs edən film böyük maraqla izlənilib.

Arif Əliyev Yeni Nəsil Jurnalistlər Birliyinin sədri: Bizə tarix dərsliklərində də, sovet dövründə də, ondan sonrakı dövrlərdə də təqdim olunurdu ki, ruslar Azərbaycanı işğal edəndə Bakıya gəzə-gəzə gəlib çıxıblar və bu millət heç bir müqavimət göstərməyib, öz müstəqilliyinin müdafisi üçün. Ancaq bu belə olmayıb. Yalamada böyük bir döyüş olub və orada 2 saatlıq döyüşdə 350 gəncimiz son nəfəsinə kimi öz müvqeyindən çəkilməyib. Bununla əlaqədar bu informasiyalar bir neçə dəfə üzə çıxmışdır. Ancaq yenədə bir künçdə qalırdı. Mənə elə gəlir ki, biz onu bərpa edə bildik. Və bu bizim keçmişimizdən çox gələcəyimiz üçün lazımdır.