• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 04.12.2018 14:02

Piyadalardan biri yolu keçdi, digəri ölümün cənginə düşdü

KepezTV Player

Paytatxın Nəsimi rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Ziya Bünyadov propektində Azər Baxşıyev "Mitsubişi" markalı avtomobillə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən qəfildən qarşısına piyadalar çıxıb. Onlardan biri yolu keçməyə müvəffəq olsa da, digəri maşının zərbəsinə tuş gəlib və ağır xəsarətlər alıb. Sürücü yol verdiyi piyada ilə yaralını avtomobilində xəstəxanaya aparmaq istəsə də, zərərçəkən dünyasını dəyişib. Əraziyə gələn təcili tibbi yardım əməkdaşları piyadanın ölüm faktını təsdiqləyiblər. Sürücü və digər piyada polis idarəsinə aparılıb. Faktla əlaqədar cinayət işi açılıb.