• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 04.12.2018 10:26

Google şəkillərin optimallaşdırılması üçün Squoosh aplikasiyasını təqdim etdi

Google veb səhifələrdə şəkillərin ölçülərinin dəyişdirilməsi üçün yeni yaratdığı Squoosh alətini təqdim edib. Alət açıq qaynaq kodları ilə yayılır. Onları da GitHub-da tapmaq olar. Squoosh vasitəsi ilə şəkilləri sıxmaq, onların ölçülərini və formatlarını dəyişmək olar. Aləti yaradarkən Google əsas üstünlüyü veb səhifələrin açılma sürətinə verib. Alətin açar fərqlərindən biri, ilk yüklənmədən sonra onunla offline rejimdə işləyə bilmək imkanıdır. Şəkillər üzrə əməliyyatları Squoosh birbaşa brauzerdə edir. Tətbiq şəkilləri standart formatlardan (PNG, JPEG və s) brauzerlərin dəstəklədiyi yığcam formatlara (WebP, MozJPEG və s) çevirə bilir. İstifadəçi dəyişiklər etdiyi zaman şəkilin öncəki və sonrakı nəticəsini öncədən müqayisə edə bilər. Google açıq qaynaqlı qrafik WebP formatının stabil versiyasını 2018-ci ilin aprel ayında təqdim edib. Format ilk dəfə 2010-da təklif olunub. Bu format həm keyfiyyət-itkili həm də itkisiz yığcamlaşdırma alqoritmlərindan istifadə edir və nəticə etibarı ilə JPEG və PNG-ni üstələyir.