• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1642
— 04.12.2018 10:19

Audi və Airbus ilk uçan taksini sınadılar

Amsterdamda keçirilən Drone Week adlı tədbirdə Audi, Airbus və Italdesign birgə Pop.Up Next uçan taksi prototipini nümayiş elətdiriblər. Işlək vəziyyətdə olan uçan maşın avtonom elektrokar, dron və çıxarıla bilən sərnişin modulundan ibarətdir. Güman edilir ki, növbəti 10 illiklərdə bu taksinin xidmətindən yararlanmaq mümkün olacaq. Uçan taksilər iri şəhərdə istifadə olunacaq. Onlar həm yerdə, həm də göydə hərəkət etmək iqtidarındadır.