• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1131
— 03.12.2018 22:14

Əhalini susuz qoymağa çalışan oğru cinayət başında tutuldu

KepezTV Player

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən daha bir şəxs cinayət başında yaxalanıb. Ağsu şəhəri ərazisində əhalinin su ilə təchiz edən xəttə quraşdırılmış avadanlığın alüminiumdan olan hissələrini çəkiclə sındırıb oğurlamağa cəhd göstərən şəxs Kürdəmir Rayonlararası Mühafizə Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Ağsu RPŞ-yə təhvil verilən şəxsin Ağsu şəhər sakini Mahir Məmmədov olduğu müəyyən edilib. Araşdırma aparılır.