• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1397
— 03.12.2018 19:53

Evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulub

KepezTV Player

Masallı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat, 400 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov saxlanılıb. Onun noyabrın 6-da həmkəndlisi Hacıbala Qənbərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Hüseynovla birgə rayon ərazisindəki inzibati binaların birindəki seyfdən 1200 manat oğurlaması da müəyyən edilib. Davam etdirilən tədbirlərlə Hacıbala Qənbərov və Əziz Hüseynov da saxlanılıblar. Ağcabədi RPŞ əməkdaşları da əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Dekabrın 1-də rayon ərazisindəki evlərin birindən 200 manat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Həsən Məmmədov və Zamin İbrahimov saxlanılıb. İbrahimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 29-da daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.