• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2076
— 03.12.2018 22:28

Avtomobil piyadanı vurub

KepezTV Player

Şəki şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sabit Rəhman küçəsində qeydə alınıb. Balakən rayon sakini 50 yaşlı Ramiz Ömərov yolu keçmək istəyən zaman Şəki sakini Ülvi Məmmədlinin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə vurulub. Nəticədə Ömərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.