• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 03.12.2018 22:36

Ağır qəzada 4 nəfər öldü

KepezTV Player

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub. Qala-Pirallahı yolunda Namiq Zülfüqarovun idarə etdiyi “Chevrolet” markalı avtomobil Ümid Alxasovun sürdüyü "Kamaz"la toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri - Tərlan Cəlilov, Şahin Qarayev və Anar Qarayev hadisə yerində dünyasını dəyişib. Digər sərnişin Emin Qəribov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.