• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2025
— 03.12.2018 14:46

Gəncədə Beynəlxalq Əlillər gününə həsr edilən “İnsanlığa hörmət” adlı tədbir keçirilib

KepezTV Player

Tədbirdə Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar məharətlərini göstəriblər. Çıxış edənlər bu gün ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin dövlətin diqqətin də olmasından danışıb. Dövlətin qayğısı nəticəsində bu gün əlillərin cəmiyyətin tam hüquqlu vətəndaşı kimi fəaliyyəti üçün hər cür şərait yaradıldığı vurğulanıb. Tədbirdə Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin üzvləri şerlər söyləyib, milli rəqslər edib, tamaşalardan səhnələr nümayiş etdirib. 

Rəzalə Abbasova - UAFA-nın Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzin koordinatoru: Mesaj veririk ki, siz düşünün, siz qəbul edin ki, bu insanlar da cəmiyyətin tam üzvüdür. Onlarda həyatda hər bir şeyi qazana bilirlər, əlilik baryer deyil”. 

 

Elnur Vahidoğlu