• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 03.12.2018 14:26

Azərbaycanda qoruqların və xüsusi mühafizə olunan ərazilərin sərhədləri dəqiqləşdirilir

KepezTV Player

Dövlət tərəfindən qeyri-maddi mədəni irs nümunələrinin qorunması məqsədi ilə həmin ərazilərin reyestri layihəsi hazırlanacaq. Həmçinin sənədə əsasən tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması nəzərdə tutulur. Bununla da qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması, eləcə də müasir tələblərə cavab verən məlumat bazasının yaradılması mümkün olacaq. Ekspertlərin fikirincə hazırda ölkə ərazisinin 10,03  faizini təşkil edən qoruq əraziləri, dəqiqləşdirilmədən sonra 15 faizə qədər genişləndiriləcək. Bu gün respublika ərazisində 11 təbiət qoruğu, 9 milli park və 24 yasaqlıq mövcutdur.

İrşad Abbasov - ekoloji ekspert: Xüsusi mühafizə olunan ərazilər ümumiyyətlə ölkəmizin çox əsrarəngiz təbiətini, çox zəngin biomüxtəlifliyini qorumaq üçün yaradılıb. Ölkəmizdə nəsli kəsilmək təhlükəsi olan bu gün minlərlə ceyranın qorunması istiqamətində, Göy-Göl milli parkında maral və Göy-Gölün su akvatoriyasının qorunması istiqamətində mühüm işlər görülür.  Bütün bunla qeyd etdiyim kimi ölkə ərazisində olan mühüm landşaftların, nəsli kəsilməkdə olan biomüxtəlifliyin qorunması istiqamətində mühüm addım olacaq.