• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1393
— 01.12.2018 15:35

Gəncədə əhaliyə verilən qazın həcmi 4 dəfə artırıldı

KepezTV Player

Havaların soyması Gəncədə mavi yanacağın verlişinin ötən aylara nisbətən 4 dəfə artmasına səbəb olub. Bu da 80 mindən artıq abonentin mavi yanacaqla normal təminatı deməkdir. Qışa hazırlıq məqsədilə 200-dən artıq qaz tənzimləyicilər yenisi ilə əvəzlənib, erroziyaya uğrayan yeraltı və yerüstü xəttlərin dəyişdirilməsi həyata keçirilib. Bu həm baş verə biləcək bədbəxt hadisələrin qarşısını almağa, həm də qaz itgisini aradan qaldırmağa hesablanıb. Gəncə Regional Qaz İstismar İdarəsi həmçinin əhali və qeyri əhali qrupunu mavi yanacaqdan istifadə zamanı təhlükəsilzik qaydalarına maksimum əməl etməyi də tövsiyyə edir.

Azər Bayramov Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: Əgər ehtiyyac olarsada, havalar kəskin soyuyarsa biz şəbəkəyə qəbul olunan qazın həcmini artırıb, abonentləri mavi yanacaqla təmin etməyə hazırıq. Hazırda şəhərin bütün sahələrində qazın verişi normal həyata keçirilir. Ötən illərə baxanda bu il qazdan yararnan bədbəxt hadisələrin sayı azalsada ancaq çox təəsüflər olsun ki, noyabır ayında insan tələfatı ilə baş verən hadisəyə rast gəlindi.