• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 30.11.2018 15:13

Gəncə Dövlət Universiteti 80 illik yubileyini qeyd edib

KepezTV Player

Pedaqoji kadr hazırlığında regionun yeganə ali məktəbi 6 minlik tələbə və ilə 550 nəfərə yaxın professor-müəllim heyəti ilə də lider rolunu qoruyub saxlayır.  

Gəncə Dövlət Universitetinin 80 illik yubileyi ən böyük tədris korpusunun əsaslı yenidənqurmadan sonra açılışı ilə yaddaqalan olub. Kampus tipində qurulan korpusda tələblərin təhsil alması və tədris üçün hər cür şərait yaradılıb.

Coşqun Hümbətov  tələbə  “GDU-da bizim təhsil almağımız üçün hər cür şərait yaradılıb. Üzərimizə düşən yük əsaəsn ondna ibarətdir ki, yaxşı oxuyub savadlı tələbə olmaq və Azərbaycan üçün xeyirli işlər görməkdir” .

Paola Kasaqrande - Venesiyanın CaFoscari Universitetinin Bakı filialının direktoru: “Gəncə Dövlət Universitetinin 80 illik yubileyi çox vacib tədbirdir. Bu universitet beynəlxalq tələbə və müəllim personalı ilə tək Azərbaycan üçün deyil, həm də bütün Qafqaz üçün strateji əhəmiyyətilidir. Gəncə Dövlət Universiteti ilə Ca’Foscari Universiteti arasında linqvistika və filologiya elmləri layihəsinin olmağı bizi çox sevidirir. 2019-cu il üçün tarixi və arxeoloji sahələrdə yeni layihələrin ərsəyə gəlməsini gözləyirik”.

Üzeyir Əfəndiyev - GDU-nun ümumriyaziyyat kafedrasının dosenti: “50 ilə yaxındır ki, GDU-da müəllim işləyirəm. Bu müddət ərzində GDU-nun inkişafını öz gözlərimlə görmüşəm. Əməyimə yüksək qiymət verilmiş və tərəqqi medalına layiq görülmüşəm. Kollektiv qarşısında söz verirəm ki, gələcəkdə də bu möhtəşəm adı daşımaq üçün var qüvvəmlə çalışacam”.

Universitetin yeni qurulan muzeyi, 30 min yeni kitab fonduna malik Nuru Paşa adına Kitabxana və Elektron Oxu Zalı, Elektron Öyrənmə Mərkəzi, Müasir Təlim Mərkəzi, Aleksandr Düma adına Mədəniyyət Mərkəzi, Əlil Tələbələr üçün Mərkəzin istifadəyə verilməsi də yubiley tədbirini əlamətdar edib. Beynəlxalq əməkdaşlıq çərçivəsində yaradılan  kitabxanadan ali məktəbin bütün tələbləri istifadə edə bilər.

Ayşən Əhmədova - kitabxana müdiri: “Filologiya və xarici dil fakültələrinin tələbələri profillərinə uyğun olan ədəbiyyatları gəlib burada oxuyacaqlar. Amma elektron kitabxana yalnız bu filialdadır. Ona görə bütün tələbələr elektorn kitabxanamızdan yalnız burada istifadə edə biləcəklər”.

Gəncədəki təhsil müəssisələrində çalışan pedaqoji kadrların böyük əksəriyyəti Gəncə Dövlət Universitetinin məzunlarıdır. Bu barədə yubileyin rəsmi hissəsində rektor Yusif Yusifov bildirib. 1938-ci ildə 2 fakültə, 23 müəllim və 244 tələbə ilə fəaliyyətə başlayan Universitetdə hazırda 8 fakültə, 13 şöbə, 8 mərkəz fəaliyyət göstərir. 5 tədris binası, tələbə yataqxanası və 655 minlik kitab fondu da müəllim və tələbələrin ixtiyarındadır. Universitetin dövlət qayğısı ilə əhatə olunduğu, ölkə Prezidentinin son sərəncamı ilə 23 nəfər əməkdaşın Fəxri adlarla və “Tərəqqi” medalı ilə təltif olunması buna bariz misal olaraq göstərilib.

Pərvin Kərimzadə - GDU-nun prorektoru: Bu gün universitetimizin yublileyi haqda danışanda yalnız

Son dövrlər ölkədə müəllim peşəsinə artan maraq, təhsildəki keyfiyyət faktoruna isə təhsil naziri Ceyhun Bayramov diqqət çəkib. Respublikada təhsilin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərinin müəyyənləşdirilib həyata keçirilməsində Gəncə Dövlət Universitetinin özünəməxsus yeri və mövqeyi olduğunu bildirib. Sonra təhsilin inkişafındakı xidmətlərinə görə dövlət mükafatlarına layiq görülənlərə təltifləri təqdim edilib.