• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2242
— 30.11.2018 14:39

Gəncədə 662 nəfəri heyvan dişləyib

KepezTV Player

Bu ötən ilin göstəricisini 123 fakt qabaqlayır. çoxdu. Sakinlərdən 562 nəfər itin, 76 nəfər pişiyin, 1 nəfər at və digər gəmiricilərin hücumuna məruz qalıb.  

Qənirə Nağıyeva - sakin – “Yeni Gəncə qəsəbəsinin həyətində məni it dişləyib. Məndə gəldim ilk yardımımı burada elətdirdim”.

Gəncədə yalnız 2 saylı poliknikadakı zədələmə məntəqəsində heyvan dişləyənlərə peyvənd edilir. Quduzluq əlehinə peyvənd yaralılara nə qədər tez vurularsa, nəticə effektiv olar. Bu səbəbdən məntəqə fasiləsiz olaraq vətəndaşların xidmətindədir.

Mirqalib Seyidov - 2 saylı Şəhər Poliklinikasının Zədələnmə Məntəqəsinin şöbə müdiri – Şəhərin kənar hissələrində Avtozavod, Sevinc qəsəbəsi tərəfdə sahibsiz heyvanlar çoxdu. Heyvan dişləyərkən ilk növbədə həmin nahiyyə paltar sabunu ilə yuyulmalıdır. Xəstə gəldikdə yara təmizlənilir və itin yeri məlum olursa həmin günü, üç və yeddi günündə quduzluq əleyhinə vaksin vurulur. İtin yeri məlum olmursa vaksinin sayı altıya çatdırılır. Həmin  gəldiyi gün, 3, 7, 14, 30 və revansikasiya 90 günündə vurulur”.

Peyvəndləri özbaşına dayandırmaq və ya fasilə vermək bədəndə quduzluğa qarşı müqavimətin yaranmasını zəiflədir.

Almaz Tomiyeva - Gəncə Gigiyena Epidemiologiya Mərkəzinin Epidiomoloji şöbənin müdiri – “Bütün əhali bilməlidir ki, it, pişik dişləməsi məlum və yaxudda naməlum varsa mütləq zədələmə məntəqəsinə müraciət etməlidir”.

Quduzluq xəstəliyi əsasən  mərkəzi sinir sistemini zədələyir, nəticədə qıc olma və təngi nəfəslik yaranır. Boğulma isə ölümə səbəb olur. Gəncədə il ərzində heyvan dişləməsindən ölən olmayıb.

Elnur Vahidoğlu