• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1928
— 30.11.2018 14:52

Samuxda məktəblilər marifləndirilir

KepezTV Player

Samuxda “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Şagirdlərə narkomaniya və psixotrop maddələrin insan sağlamlığına vurduğu fəsadlardan danışılıb, narkomaniyaya qarşı aparılan mübarizənin nəticələri, eləcə də erkən nigahın yaratdığı problemlər və onların aradan qaldırılması yolları barədə məlumat verilib. Erkən nigah və narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlərin birgə mübarizə aparmalarının vacibliyi vurğulanıb. Tədbirdə “Narkomaniyaya yox deyək” adlı video-slayd nümayiş olunub. 

 

Natiq Hüseyn