• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1268
— 30.11.2018 10:01

İlk Android-li peyk telefonu satılacaq

Thuraya peyk rabitə operatoru tezliklə cari ilin yazında elan edilmiş Android sisteminin idarəetməsi altında işləyən X5 Touch adlı smartfonunun satışına başlayacaq. Qurğunun qalınlığı və çəkisi istisna olmaqla digər xüsusiyyətləri ürəkaçan deyil: aparat 5,2 düymlük FullHD təsvir ölçülü ekran, Qualcomm Snapdragon 625 prosessoru, 2 QB-lıq əməli yaddaş, 16 QB-lıq daxili yaddaş və 3800 milliamper/saatlıq batareya ilə təchiz edilib. İstehsalçı əməliyyat sistemi kimi Android 7 Nougat platformasından istifadəyə qərar verib. Thuraya X5-Touch aparatının çəkisi 262 qr-dır, korpusu IP67 standartına uyğun olaraq su və toza qarşı, MIL- STD-810 standartına uyğun olaraq isə yerə düşmə və zərbə kimi başqa kənar təsirlərə qarşı dayanıqlıdır. Dünyada ilk peyk Android smartfonu NFC kontaktsız interfeysini, həmçinin GPS, QLONASS və BeiDou peyk naviqasiya sistemlərini dəstəkləyir. Peyk rabitəsindən istifadə nəticəsində zənglər üçün ayrıca SİM kart və irəli-geri çəkilən antena mövcuddur, ikinci SİM kart paralel işləyir və aparatdan 2G, 3G və 4G adi mobil şəbəkələrində rabitə üçün  istifadəyə imkan verir.