• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 30.11.2018 10:03

Bu maşında özünüzü McDonald's-da hiss edəcəksiz

McDonald’s şirkəti xüsusi olaraq McDrive xətti üçün ilk və hələlik yeganə avtomobil təqdim edib. Volkswagen e-Golf modelinin bazasında yığılan maşının soyutma funksiyası olan stəkanaltıları, qızdırıcı əlcək qutusu, sous və kartof fri qoymaq üçün yerləri olan kiçik stolları var. Burada unikal səs və vizual mühit yaradan sistem də quraşdırılıb. Sistem yuxarı hissədə yerləşən ekranla tənzimlənir. Sürücü salon üçün istədiyi rəngi və musiqini seçə bilər. Səs ya adi musiqi ya da McDonald’s restoranındakı səs-küy ola bilər.