KepezTV Player
Şəmkirdə 2 nəfər bıçaqlanıb. Hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. Kənd sakini 28 yaşlı Nurəddin Əsədov həmkəndliləri 29 yaşlı İbrahim və 32 yaşlı Eşqin Əmiraslanov qardaşları ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra evə gedərək soyuq silahla qayıdıb. Əsədov qardaşlara ölümcül bıçaq zərbələri endirib. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Eşqin Əmiraslanovun həyatını xilas etmək mümkün olmayıb. İbrahim Əmiraslanov isə əməliyyat edilib. Nurəddin Əsədov hadisədən dərhal sonra Kür polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
- Baxış: 1133