KepezTV Player
Kürdəmir şəhəri, Bakı prospektində dəhşətli yanğın baş verib. Hadisə zamanı ev sahibi Bəyim Rəhimova yataq otağında yanaraq dünyasını dəyişib. Olay yerinə 2 yanğınsöndürən maşın və 12 nəfər şəxsi heyət cəlb olunub. Alov 4 otaq və 1 mətbəxdən ibarət evin 12 kvadratmerlik otağında meydana gəlib. Mütəxəssislər ilkin versiya kimi yanğının qaz sızması nəticəsində baş verdiyini deyirlər. Hadisə yerində ekspert qrupu işləyir. Yanğının dəqiq səbəbləri müəyyənləşdirilir. Faktla bağlı Kürdəmir rayon prokurorluğundə araşdırma aparılır.
- Baxış: 495