• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 29.11.2018 10:10

Bütün bədəni skaner edən ilk qurğu yaradıdıb

Kaliforniya Universitetinin alimləri və Çinin United Imaging Healthcare texnologiya şirkəti tərəfindən birgə hazırlanmış ilk skaner bir neçə saniyə ərzində insanın bütün bədəninin üçölçülü görüntüsünü əldə edir. EXPLORER adlı aparatın hazırlanmasına 7 il vaxt sərf olunub. Qurğu insan bədəninin skan edilməsi üçün 2 texnologiyanı özündə birləşdirir: kompüter və pozitron emmisiya tomoqrafiyası, amma  istehsalçıların sözlərinə görə, sözügedən qurğu hər 2 texnologiyadan effektivdir. 3D skaner 20-30 saniyə ərzində insanın bütün bədəninin görüntüsünü əldə etmək qabiliyyətinə malikdir, halbuki positron emmisiya tomoqrafiyasına ən azı 12,5 dəqiqə tələb olunur. EXPLORER qurğusunda şüalanmanın dozası 40 dəfə azdır. Skaner daxili orqanların üçölçülü görüntüsündən başqa, bədənin daxilində nişanlanmış preparatların hərəkətini izləmək qabiliyyətinə malikdir.