• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2492
— 29.11.2018 16:20

Şəmkirdə bələdiyyə şurasının üzvləri mövcud problemlərin həllinə çalışır

KepezTV Player

Şəmkir rayonunda bələdiyyələrin fəaliyyətinin təkminləşdirilməsi və  yerlərdə əhalini narahat edən məsələlərin vaxtında həlli məqsədilə bələdiyyə şurasının üzvləri ilə görüş keçirilib. Rayonun Kür qəsəbə bələdiyyəsindəki görüşdə şura üzvləri yaşayış məntəqəsi üçün proritet olan məsələləri gündəliyə çıxarıblar. İlkin olaraq bələdiyyənin illik gəlirləri və xərcləri müzakirə edilib. Daha sonra bələdiyyəyə aid mövcud torpaq sahəsi və həmin ərazilərin bölgü əsasında gənc ailələrə verilməsi məsələsinə baxılıb. Qəsəbə bələdiyyəsinə aid bütün torpaq sahəsinin pay bölgüsü ilə Qarabağ əlilləri və şəhid ailələrinə eləcə də aztəminatlı, imtiyazlı ailələrə verildiyinə diqqət çəkilib. Bələdiyyə üzvləri baramıçılığın inkişafı üçün yem bazasının yaradılması, eləcə də qəsəbə ərazisində mövcud yaşıllıqlara vaxtaşırı qulluq göstərilməsinin vacibliyini də önə çəkiblər.

Natiq Hüseyn