• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1466
— 29.11.2018 13:56

İran vətəndaşının Azərbaycana narkotik keçirmək cəhdi boşa çıxdı

KepezTV Player

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb. Şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun daxili orqanı - düz bağırsağında rezin bükümdə, cəmi 24 ədəd mavi, silindir formalı psixotrop maddə aşkarlanıb. Faktla bağla araşdırma aparılır.