KepezTV Player
Soyuq havaların kabusu olan dəm qazı can alıb. Olay Göygöl rayonunda yaşanıb. 25 yaşlı Kəmalə Qurbanova yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.
Xaçmaz rayon sakini də dəm qazından zəhərlənib. Hadisə rayonun Uzunoba kəndində fərdi yaşayış evində baş verib. 8 yaşlı Sultanməcid Kərimov dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində 8 yaşlı uşaqın həyatını xilas etmək mümkün olub. Hazırda vəziyyəti stabildir.
- Baxış: 893