• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 29.11.2018 13:44

5 nəfər xəsarət aldı

KepezTV Player

Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Qəza Xaçmaz-Quba yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində olub.Şəki şəhər sakini Vüsal Əhmədzadənin idarə etdiyi “AVİA-A-31” markalı yük avtomobili Quba rayon sakini Sərvər Aslanova məxsus “Lada Priora” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki sürücü və avtomobillərdə olan daha üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.İlkin tibbi yardımdan sonra yaralılardan ikisi evə buraxılıb. Xəsarətləri ciddi olan üç nəfər isə müalicəsini xəstəxanada davam etdirir. Faktla bağlı araşdırma aparılır.