• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 28.11.2018 14:36

Respublika üzrə arı ailələrinin indentikləşldirilməsinə başlanılıb

KepezTV Player

Azərbaycanda arıçılığın inkişafı ilə bağlı nəzərdə tutulan subsidiyaların arıçılara verilməsi ilə əlaqədar respublika üzrə arı ailələrinin indentikləşldirilməsinə başlanılıb. Kənd təsərrüfatı nazirliyinin sifarişi ilə artıq ölkəyə arı ailələrinin identifikasiyalaşdırılması üçün lövhələrin gətirilməsi də təmin olunub. Subsidyadan yararlanmaq istəyən arıçılar, kənd təsərrüfatı nazirliyinin yerli idarələrinə ərizə ilə müraciət edərək, saxladıqları arı ailələri haqqında müvafiq sənədləri təqdim etməklə identifikasiya lövhəsi əldə etməlidirlər. Gəncə və Samux rayonu üzrə qeydiyyat aparan  Samux Dövlət Aqrar İnkişaf Mərkəzinə bu günədək fiziki və hüquqi şəxslər tərəfindən 5 min arı ailəsi ilə bağlı 168 ərizə təqdim olunub.

Rahil Həsənov Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: Noyabr ayının sonuna kimi ərizələr qəbul olunacaq. Biz ümid edirik ki, təxminən dekabr ayının 5-ə kimi rayon üzrə həm qeydiyyatın həm icmal cədvəllərin hazırlanması başa çatdırılsın ki, biz respublika komisiyasına müraciət edək ki, həmin müddətləri gözdəməklə ilin sonuna kimi subsidyaların verilməsi təmin olunsun.