• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2063
— 28.11.2018 15:01

Ümumvətəndaş pasportu səyyar formada verilir

KepezTV Player

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə regional mərkəzi Tovuz sakinlərinə səyyar xidmət göstərib. Ümumvətəndaş pasportlarının verilməsi və etibarlıq müddəti bitən sənədlərin yeniləri ilə əvəzlənməsi sakinləri razı salıb. Onlar əlavə xərc çəkmədən öz rayonlarında sənədlərini asanlıqla əldə ediblər. Səyyar xidmət zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmayıb, polis əməkdaşları onların yaşadıqları ünvana gedərək müvafiq sənədləri toplayıb və pasport hazır olduqdan sonra təqdim edəcəklər. Regional mərkəz tərəfindən cari il ərzində ümumilikdə 22 minə yaxın sənəd qəbul edilib.

Ayniman İbrahimov - inspektor: Yeni nəsil bometrik pasportların verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşlarından ibarət səyyar xidmətin göstərilməsi təşkil edilib. Prosesin sürətləndirilməsi bundan sonrada davam etdiriləcək.

Ofelya Həsənova - sakin: Əvvəllər çətinlik çəkirdik. Gəncə şəhərinə gedirdik. Növbə yaranırdı əziyyət çəkməli olurduq. Amma bu gün öz rayonumuzda sənədimizi rahatlıqla qəbul etdilər. Heç bir şikayətimiz yoxudr. Səhhətimlə əlaqədər xarici ölkəyə getməliyəm. Bu gün sənədimi veridm sabahda pasportumu götürəcəm.

 

Natiq Hüseyn