• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 28.11.2018 14:47

Gədəbəydə taekvando idman növü inkişaf mərhələsinə qədəm qoyub

KepezTV Player

Rayonda olimpiya idman növü üzrə bölmənin uğurları günü-gündən artır.

Fəaliyyətə başladığı qısa müddət ərzində “Gədəbəy” Gənclər İdman Klubunun üzvlərinin əldə etdiyi nəticələr məşqçiləri sevindirir.  Rayon komandasının üzvləri müxtəlif turnirlərə, o cümlədən zona və respublika yarışlarına qatılaraq medallar qazanıblar. Klubun taekvandoçuları son olaraq isə bu günlərdə Göyçayda keçirilən Respublika səviyyəli yarışda fəxrü kürsüyə yüksəliblər. Rəqabətə davamlı idmançıların yetişməsi Gədəbəydə taekvandonun inkişafının göstəricisidir.

Məşq bölmələrində 5-17 yaşarası uşaq və yeniyetmələr şərq döyüş növünün sirrləri öyrədirlir. Klubda oğlanlarla yanaşı, qızlar da taekvando ilə məşğul olur.

Klubun əsas məqsədlərdən biri də rayonda bütün yaş qruplarından olan idman həvəskarlarının maraq dairəsinin artırılması və müvafiq bölmərə cəlb olunmasıdır.

Taekvandoçuların fiziki hazırlığı ilə yanaşı taktiki-texniki bacarığı da diqqət mərkəzindədir. Bölmənin üzvləri mütamadi olaraq kəmər imtahanları verərək dərəcələrini artırırlar.

 

Azad Rəfi