• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1246
— 28.11.2018 13:11

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində-ehtiyat təkər saxlanan hissədə və həmin hissənin sağ və sol ətrafında üzərində "Petarda Blyskowa" yazısı olan 6660 ədəd pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.