Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			28.11.2018 13:23		
		3 nəfər yaralandı
KepezTV Player
					  
					  					  				Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində "MAN" markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik avtomobilinin üstünə çıxıb. Hadisə nəticəsində "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan 3 sərnişin ağır dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 645
 
