• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 28.11.2018 10:03

Virtual həyatda qoxuları da duymaq mümkün oldu

Biz real həyatda nəinki görür və eşidir, həmçinin qoxuları hiss edirik. Yaponiyanın Vaqso şirkətinin nümayəndələri hesab edirlər ki, virtual reallığın real dünyaya qismən yaxınlaşması üçün bu problemi həll etmək lazımdır. Startap tərəfindən hazırlanmış kiçikölçülü yarımdairəvi qurğu micro USB və ya Bluetooth vasitəsilə virtual reallıq eynəyinə qoşulur. Vaqso adlı bu qurğu istifadəçinin burnuna yaxın yerləşməlidir. Qurğuya qoxulardan ibarət kartriclər yerləşdirilir. Qurğu virtual reallıq oyununda baş verənlərdən asılı olaraq müvafiq ətirlər saçır. Vaqsonun kataloqunda okean, barıt, meşə, torpaq, qəhvə, karamel, şokolad, karri, qızardılmış toyuq, nanə, benzin, gül, həmçinin zombi və qadın qoxuları mövcuddur. Startap 3000 dollara müştərinin sifarişi üzrə istənilən başqa qoxunu hazırlamağa hazırdır. Sözügedən qurğu Oculus, Vive və Play Station virtual reallıq qarniturları ilə uyğundur. Vasqo qurğusunun avtonom işləmə müddəti 2 saat təşkil edir. Cihazın qiyməti 999 dollardır. Tədarük dəstinə 5 kartric və onları doldurmaq üçün maye daxildir.