
Yaponiyanın tüninq üçün komponentlər istehsal edən HKS, sükanı mərkəzdə olan Suzuki Swift avtomobili hazırlayıb. TRB-04 heçbeki Super Lap Battle yarışlarının iştirakçısıdır. TRB hərfləri Tsukuba Record Breaker açıqlamasını verir. Bu ad altında maşının yarışa çıxan modifikasiyası gizlənir. Yarışda avtomobillər bir-birləri ilə açıq yox, ayrı-ayrı şəkildə mübarizə aparırlar. Əvvəlki versiya Toyota GT86 bazasında yığılmışdı və yolu təxminən 50 saniyə qət etməklə rekorda imza atmışdı. Yarış heçbeki 1,4 litrlik 140 at güclü turbomotorla şütüyür.
- Baxış: 466