• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 28.11.2018 10:01

Qış və bütün fəsillər üçün olan şinlər müqayisə olundu

Bütün fəsillər və eləcə qış üçün nəzərdə tutulmuş şinlərlə avtomobillərin idarəetmə özəlliyini göstərən video yayılıb. Görüntülərdə tam ötürücülü ilə ön ötürücülü maşınlar müqayisə edilib. İlk olaraq buz örtüklü yolda Toyota RAV4 bütün fəsillər üçün nəzərdə tutulmuş şinlərlə sınanıb. Krossover 18,2 metri 3,7 saniyəyə qət edib. Qış şinlərində isə o buna 3,1 saniyəyə nail olub. Toyota Camry-ə gəldikdə sedan belə şərtlərlə müvafiq olaraq 7,31 və 4.34 saniyə göstərici əldə edib. Tormozlama zamanı RAV4 bütün fəsillərin şinləri ilə 19 km/saat sürətlə 17,3 metrlikdə dayanıb. Qış şinləri ilə isə eyni sürətlə buna 10,2 metrlikdə müvəffəq olub. Növbə “Kəmri”yə çatanda o, müvafiq olaraq 15,5 və 11,4 metrlikdə dayanmağı bacarıb. Bundan başqa, sınaqlar göstərib ki, avtomobillər 18 km/saat sürətlə 90 dərəcəli döngədə qış şinlərilə trayektoriya üzərində qalır, bütün fəsillərin şinlərilə isə kənara çıxır. Testlərdə hansı şinlərdən istifadə edildiyi açıqlanmasa da görünüşdən bunun Yokohama olduğunu müəyyən etmək olar.