• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 982
— 27.11.2018 15:38

Şəmkirdə baramaçılığın yem bazası yaxşılaşdırılır

KepezTV Player

Baramaçılığın və ipəkçiliyin inkişafı barədə dövlət proqramının icrası 2025-ci ildə artıq 6 min ton barama istehsalına imkan yaradacaq. Bu proqramdakı tədbirlər sırasında əsas yerlərdən birini baramaçılığın yem bazasının yaradılması tutur. Sözügedən bazanın təşkili məqsədi ilə yerlədə yeni tut tinglərinin əkini prosesi sürətləndirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şəmkir rayonuna göndərilən tut tingləri bölügü üzrə kənd və qəsəbələrə paylanılıb. Artıq  Zəyəm qəsəbəsinin sakinləridə paylanılan tingləri nəzərdə tutulan yerlərə basdırırlar. Bundan başqa qəsəbədə  movcud tut bağları alaq otlarından təmizlənir, suvarılır, beçərmə işləri aparılır. Çindən gətiriləcək tinglərin əkilməsi üçün hazırlıq işləri görülür. Qeyd edək ki ötən il Şəmkir rayonunun 36 yaşayış məntəqəsi üzrə  40100 ədəd tut tingləri əkilib. Həmin tinglərdən 18 mini Çin Xalq Respublikasından gətirilib.  22100 ədəd isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilib. Bu il rayon ərazisində əkilən tinglərin sayının bir qədər də artırılması planlaşdırılır. Şəmkirli kümçülər ötən mövsüm verilən proqnoz tapşırığı 102 faiz yerinə yetirərək 12 ton 690 kloqram barama istehsal edib. Bu il isə barma istehsalının bir qədər də artacağı proqnozlaşdırılır.

Qüdrət Əliyev Şəmkir rayon İcra Hakimiyyəti Başçısının birinci müavini: 2018 ci ildə Şəmkir rayonunda 46 min çəkil tinginin əkilməsi nəzərdə tuutlur. Bundan 26 mini Ekologiya nazirliyi tərəfindən 20 mini isə Çin Xalq Respublikasından gətirilməsi nəzərdə tutulur. Bu gün gördüyünz kimi Zəyəm qəsəbəsində tinglərin əkilməsinə start verimişik. Bu günədək rayon ərazisində 4500 ədəd ting əkilib.

Natiq Hüseyn