• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2379
— 27.11.2018 14:20

Rabitə kabellərini oğurlayan keçmiş məhkum saxlanıldı

KepezTV Player

Bakı Telefon Rabitəsi MMC-nin Sabunçu rayonunda yerləşən 4 saylı xidmətlər mərkəzinin ərazisindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. Bu barədə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Tarıyel Vəliyev saxlanılıb. Araşdırma zamanı onun telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı müəyyən olunub.Vəliyev oğurladığı kabeli yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satıb. Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib,əməliyyat-istintaq tədbirləri davam etdirilir.