• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1173
— 27.11.2018 14:17

Qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobus sürücülərinə qarşı reyd keçirildi

KepezTV Player

Şəkidə Dövlət Yol Polisi  bölməsi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, həmçinin sərnişindaşıma qaydalarını kobud şəkildə pozaraq insanların həyatını təhlükə altında qoyan mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə reyd keçirib. Reyddə qanunsuz sərnişin daşıma ilə məşğul olan,həmçinin texniki cəhətdən nasaz, istismar müddəti bitmiş , mikroavtobuslar  saxlanılıb və onların sürücülərinə qarşı inzibati tənbeh tədbirləri görülüb.

Belə reydlərin mütəmmadi olaraq keçirilməsi nəzərdə tutulur.