• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2170
— 27.11.2018 14:10

Şəkidə ağır qəza : 1 ölü, 5 yaralı

KepezTV Player

Şəkidə ağır yol qəzası baş verib. Hadisə rayonun  Bolludərə kənd inzibati ərazisində, Sarıca-Bolludərə avtomobil yolunda qeydə alınıb.  Kənd sakini, Elçin Məmmədov “Chevrolet Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yol kənarına aşıb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan  sərnişinlər, rayonun Bolludərə kənd sakinləri 28 yaşlı İsmayıl Hüseynov,  30 yaşlı Xəyalə Əhmədova, 10 yaşlı Həmayə Əhmədova, 26 yaşlı  Pərvin  Əhmədov ,  21 yaşlı Sevinc Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-na çatdırılıblar. Yaralılardan İsmayıl Hüseynov, Xəyalə Əhmədova və Həmayə Əhmədovanın vəziyyəti orta –ağır olaraq qiymətləndirilir, onların müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan ambulator müalicə almaq şərtilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.