KepezTV Player
Nəğməkar şairin ölməz xatirəsinə həsr olunan “ Səni kim unudar” adlı ədəbi bədii məclisdə şəhər ziyalıları, ictimayyət nümayəndələri, şair və yazıçılar iştirak ediblər. Vurğulanıb ki, XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiq yaddaşlara nəğməkar şair kimi həkk olunub. Onun yaradıcılığında məhəbbət mövzusu əsas yer tutur. O, dünya ədəbiyyatı ənənələrindən bəhrələnərək milli poeziyamızın təməlini qoyanlardan biri kimi Azərbaycan ədəbiyyatı tarixinə öz adını yazdırmağı bacarıb. Mikayıl Müşfiq yaradıcılığı həm də klassik ənənələrə söykənir. O, 29 illik ömür yolunda özünü novator şair kimi təsdiq edə bilib.
Fidan Muradlı
- Baxış: 1396