• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1196
— 27.11.2018 14:04

Zərgər qızıl, gümüş və platindən Ford avtomobili düzəltdi

Tanınmış britaniyalı zərgər Rassel Lord yarış xarakterli Ford Escort RS1800 avtomobilini satışa çıxaracaq. Bu, gümüş, qızıl və platindən, eləcə də qiymətli daşlardan hazırlanmış 15 santimetrlik maşındır. Qiymət hələlik açıqlanmır. Düzəlməsinə isə 90 min dollar pul xərclənib və 1300 saat vaxt sərf olunub. Kuzov və alt hissə gümüşdəndir. Arxa spoyler və kapot petlələri isə qızıldandır. Sonuncular əsl maşında olduğu kimi işləyirlər. Məhz onlara Lordun 80 saat vaxtı gedib. Zərgər radiator barmaqlığında ağ qızıldan yararlanmaq qərarına gəlib. Baş optika və dönmə nişanları brilyantdan və narıncı safirdən düzəlib. Maşının arxa fənərləri isə yaqutdandır. Qızıl və gümüşdən hazırlanan həmçinin təkərlər və əyləc diskləridir. Təkərlərin arxa örtüyü də qızıldandır və əlavə 630 ədəd qara briliyantla bəzədilib. Salonda başlığı tənzimlənən yarış oturacaqları, həmçinin qızıl və platindan olan hərəkətli əl lingi quraşdırılıb. Lord kiçik avtomobildə hətta sükan, asma detalları, stabilizator və mühərrikin hər bir incəliyini işləyib hazırlamağa müyəssər olub. Yeri gəlmişkən Ford Escort RS1800 yarış maşını ilk dəfə 1975-ci ildə debüt edib.