• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1885
— 27.11.2018 10:36

Sinxron tərcümə edə bilən qulaqlıqlar

Çinin Timekettle startapı sinxron tərcümə funksiyasına malik WT2 adlı simsiz qulaqlıqları kütləvi istehsala çıxarmağa hazırlaşır. Qulaqlıqların qiyməti təxminən 220 dollar təşkil edir. Qulaqlıqlar görünüşcə AirPodsa oxşardır. İstifadəçi əcnəbi şəxslə danışmazdan öncə qulaqlığın birini öz qulağına taxmalı, digərini isə həmsöhbət öz qulağına taxmalıdır. Yanvarda təqdim ediləcək ilk partiyadan qurğu satın almaq üçün artıq indidən onu ilkin sifariş etmək lazımdır. Qulaqlıqlar ünsiyyəti 3 rejimdə dəstəkləyir: avtomatik - real vaxt rejimində söhbəti tərcümə edir və sakit yerdə ünsiyyət üçün uyğundur;
əl rejimi - hər bir replikadan öncə cümlənin başlanğıcını göstərmək üçün cihaza toxunmaq lazım olacaq və səs-küylü vəziyyətdə ünsiyyət üçün uyğun gəlir;
sual rejimində isə yolu öyrənmək, məhsulun qiymətini soruşmaq üçün istifadə edilir və əcnəbilərlə küçədə ünsiyyət üçün əlverişlidir.