• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2295
— 26.11.2018 12:58

Yeşik sexinin sahibi cərimələndi

KepezTV Player

Oğuzda sex sahibi cərimələnib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin Oğuz rayonu ərazisində keçirdiyi reyd zamanı rayonun Xaçmaz kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 19,34 m3 həcmində fıstıq və ağcaqayın cinsli meşə materialı aşkar edilib. Faktla bağlı sexin sahibi, Qəbələ rayon sakini İlkin Mirzəyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2643,6 manat məbləğində ziyan tətbiq olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Baş Prokurorluğa göndərilib.