• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 26.11.2018 13:14

Saxlanılan şəxsin başqa cinayətləri də aşkarlandı

KepezTV Player

Bakıda Balaxanı qəsəbə sakin olan bir qadın Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin ona qarşı soyğunçuluq edərək çantasını ələ keçirməsi barədə məlumat verib. Əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Aleksandr Miroşkin saxlanılıb. Araşdırma zamanı onun axtarışda olduğu müəyyən edilib. Miroşkinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Sabunçu rayonu ərazisində əlavə olaraq müxətəlif vaxtlarda iki həyət evindən məişət əşyaları, elektrik naqilləri və təmir-tikinti əlalətləri oğurladığı da məlum olub. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu Rayon polis İdarəsinə və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.