• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2316
— 26.11.2018 10:03

Gələcəyin Mercedes-Benz zavodu belə olacaq

92 illik Mercedes-Benz şirkəti dünyada ən öncül zavodlardan birinin necə görünəcəyi barədə virtual görüntülər yayıb. Factory 56 kompeksini fotoelektrik enerji sistemi və avtonom nəqliyyat xətti ilə təchiz edəcək, sonda birləşmiş komponent təchizatçılarını yeganə informasiya platformasına qoşacaqlar. 2022-ci ilədək o, tamamilə CO2 neytrallı olacaq. Factory 56-ın sahəsi 220 kvadrat metr təşkil edir. Bu isə təxminən 30 ədəd futbol meydançası qədər ərazi hesab olunur. Zavod fevral ayından tikilməyə başlanıb. Factory 56-da növbəti nəsil S-Class, EQ subrendinin elektrik modelləri və pilotsuz aparatlar istehsal ediləcək. Damda fotoelektrikli elektrik təchizat sistemi bərkidilib, sahənin 40 daizi yaşıllıqla əhatə olunub. Tamamilə avtomatlaşdırılmış zavodda 300 ədəd avtonom nəqliyyat vasitəsi çalışacaq.