• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 24.11.2018 15:00

Göygölün ucqar dağ kəndləri soyuq qış aylarında elektrik enerjisi baxımından çətinlik çəkməyəcək

KepezTV Player

Rayon elektrik şəbəkəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar aparılan işlər çərçivəsində dağ kəndlərinə gedən 0,4 kilovoltluq açıq naqillərlə olan şəbəkələr kabellərlə, yararsız dirəklərdə yenisi ilə əvəz olunub. Hazırda rayonun ən ucqar kəndlərindən olan Qarabulaq, Sarısu, Quşçuya yeni kabel xətlərin çəkilişi davam etdirilir. Buna qədər isə rayonun Haçaqaya, Nadel, Quşqara, Almədətli kəndlərinin elektrik şəbəkələrinin yenilənməsi başa çatdırılıb. Rayon ərazisində 51 ədəd yeni transformator məntəqəsi də qurularaq istismara verilib.

Samir Rəsulzadə Göygöl Elektrik Şəbəkəsinin rəisi: Xətlərin yenilənməsi, kabellərlə əvəz olunması prosesi yenədə davam etdirilir. İlin sonuna kimi Göygölün dağ kəndlərində bu işlərimizi davam etdirək. Bundan başqa Qırıqlı, Yal Qışlaq, Danayeri kəndlərində, Şəhriyar kəndində kabelləşmə işlərinə başlamışıq. Bütün bunları nəzərə alaraq tam əminliklə deyə bilərəm ki,   Göygöl Elektrik Şəbəkəsi qış mövsümündə abonentləri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edəcək.