• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 23.11.2018 14:13

Gədəbəyin dörd kəndinə ilk dəfə mavi yanacaq verilib

KepezTV Player

Gədəbəyin daha 4 kəndə qaz verilib. Sonalar, Hacılar, Mormor və Cücanlı  sakinləri bu hadisəni böyük sevinclə qarşılayıblar. 34 km uzunluğunda çəkilən xətlər hesabına qazdan istifadə edənlərin sayı daha 222 abonent artıb. Mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonunun Şınıx bölgəsində Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Mutudərə, Çaldaş və Səbətkeçməz kəndlərinin qazlaşdırılması tamamlanma üzrədir. Yaxın vaxtlarda sözügedən yaşayış məntəqələrinin sakinləri də mavi yanacaqla təchiz ediləcək. Bu kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşdırmaqla yaşıllıqların qorunması baxımından da əhəmiyyət kəsb edir. Rəmzi məşəl alovlandırıldıqdan sonra evlərdə qazdan istifadə mümkün olub, eləcə də sakinlərə qaz təhlükəsizliyi ilə bağlı məlumat verilib.

Mədət Hacıyev – sakin: İndiyədək qadınlarımız uşaqlarımız odun yandırmaqla çox əziyyət çəkirdik. Bu gün bizim kənddə qaz çəkilib. Ona görə də biz bu qazın çəkilişi münasibətilə prezidentimizə minnətdarlıq edirik.

 

Natiq Hüseyn