• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 23.11.2018 13:22

Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşları saxlanılıblar

KepezTV Player

“Biləsuvar” dövlət sərhə­din­dən buraxılış məntəqəsində İrandan Azər­bay­cana gələn iki nəfərin üzərinə baxış keçirilib. Hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna gö­rə saxlanılıblar. Sərhəd Qoşunlarının Yardımlı rayonu Qara­vul­daş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində isə sahibsiz tapılmış 1 ədəd bağlamada 990 ədəd “Meta­don” psixotrop həbi, 655 qram marixuanaya və 505 qram prekur­sora bənzər maddə aşkar edilərək götürülüb. Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.