• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2112
— 23.11.2018 13:13

Məktəbdən oğurluq edən şəxslər saxlanılıblar

KepezTV Player

Paytaxda 54 saylı tam orta məktədən naməlum şəraitdə 4 ədəd, hər birinin qiyməti 700 manat olan proyektor oğurlanıb. Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Onların paytaxtın Səbail və Xətai rayonlarında yerləşən daha 3 məktəbdən televizor, noutbuk və digər ləvazimatlar oğurladıqları da məlum olub. Faktlarla bağlı cinayət işi açılıb.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri Anar Sadıqov, Elnur Zeynalov və Ruslan Əliyev saxlanılıblar. Onlar 54 saylı orta məktəbdən 4 ədəd proyektor və məktəbin yeməkxanasından 9 manat pul oğurladıqlarını etiraf ediblər.