• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 23.11.2018 10:02

Sportkupe TVR Griffith avtomobilinin səsinə qulaq asın

Təkər istehsal edən Böyük Britaniyanın Avon Tyres şirkəti sportkupe TVR Griffith-in gedişini nümayiş elətdirib. Video çarxda maşının Ford Mustangdan mənimsədiyi V obrazlı motorunun səsini də eşitmək olar. Ötən ilin sentyabrında təqdim olunan TVR Griffith sportkarının əsasını karbon lif və poladdan şassi təşkil edir. Model 5 litrlik V8 atmosfer motorla təchiz olunub və 507 at gücündədir. Transmissiya isə Tremec Magnum XL adlı mexaniki sürət qutusundan ibarətdir. Yerindən yüzü yığmaq üçün avtomobilə 3,9 saniyə kifayətdir. Sportkupe maksimum 325 km/saat sürət yığa bilir.